• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1389
— 27.08.2021 18:55

Yeni texnologiya ilə pambıq yetişdirilir

KepezTV Player

Azərbaycanın pambıqçılıq üzrə alimləri radiasiya ilə  pambıq sortlarının yetişdirilməsinə başlayıb. AMEA Radiasiya Problemləri İnstitutu ilə Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutu arasında bağlanan birgə əməkdaşlıq müqaviləsi əsasında hər iki institunun elm adamları bunun üçün çalışırlar. İlkin nəticələrin ürəkaçan olmasını demək olar.

İlkin olaraq tədqiqat üçün 3 pambıq sortu seçilib. Gəncə 160, Gəncə 182 və Gəncə 183 pambıq növləri radiasiya ilə yetişdirilir. Bu pambıq sortları Bitki Mühafizə və Texniki Bitkilər Elmi Tədqiqat İnstitutunun Samuxda yerləşən təcrübə sahəsində əkilib. Elm adamları təcürbənin ilkin nəticələri ilə tanış olublar.

İnnovativ texnologiyalardan danışarkən radiasiya texnalogiyaları ön sırada gedir. Pambıq toxumlarına radiasiyanın təsiri nəticəsində toxumdan əmələ gələn məhsulun miqdarı və keyfiyyəti öyrənilir.

Təcürbə sahəsində əkilən pambıq toxumları səpindən əvvəl  Radiasiya Problemləri İnstitutunun Radiobiologiya laboratoriyasında qamma şüalarla işlənməsi, pambıq bitkisinin cücərmə faizi, keyfiyyət göstəriciləri, məhsuldarlığa təsirinin tədqiqi və müxtəlif ətraf mühit amillərinə davamlılığı öyrənilib.

 

Elnur Vahidoğlu