• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2287
— 25.08.2021 19:37

Azərbaycanda yeni üzüm növü yaradılıb

KepezTV Player

Kənd Təsərrüfatı Naziliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu yeni üzüm növü yaradıb. Aqrar Xidmətlər Agentliyi tərəfindən keyfiyyət göstəricisinə baxıldıqdan sonra dövlət reystrinə daxil edilən yeni hibrib üzüm sortu Gəncəvi adıyla patent alıb. Sort Gəncə təcrübə stansiyasında yaradılıb.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun təcrübə təsərüfatlarında o cümlədən instutlarda əsas fəaliyyət istiqaməti yerli üzüm sortlarının toplanması, qorunub saxlanması, artırılması eyni zamanada yeni üzüm sortlarının yaradılmasıdır. Dövlət reystrinə daxil edilən yeni üzüm sortu olan Gəncəvi 1931-ci ildən fəaliyyət göstərən Gəncə təcrübə stansiyasında sınaqdan keçirilib.

Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunda 60-a yaxın yeni üzüm növü yaradıb ki, onlardan 6-sı Aqrar Xidmətlər Agentliyi tərəfindən dövlət reystrinə daxil edilib. Gəncəvi sortu isə bu il reystrə daxil edilib. 1998-ci ildən üzrində çalışılan yeni sort 2014-cü ildə Agentliyə təqdim olunub.

Mütəxəsislərin sözlərinə görə, hektara 20-25 ton məhsul verə biləcək yeni sort xarici sortlarla rəqabətə girmək potensialına da malikdir. Gəncə adına uyğunlaşdırılaraq Gəncəvi adlandırılan yeni sort Azərbaycanın qiymətli süfrə “Ağ şanı” və texniki “Bayanşirə” üzüm sortlarının hibridləşməsindən alınıb. Universal Gəncəvi sortu bütün texnoloji parametrlərə malikdir.

Gəncəvi üzüm sortu müxtəlif növ ağ şərabların, üzüm şirələrinin istehsalı və qurudulması üçün də yararlı hesab olunur.

 

Aişə Rzayeva