• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 23.08.2021 19:30

Millinin sabiq üzvü "Kəpəz" ilə elitaya yüksəlmək arzusundadır

KepezTV Player

Bu mövsüm I Divizionda bir-birinin ardınca reallaşdırdığı transferlərlə “Kəpəz” bütün diqqətləri üzərinə toplamağı bacardı. Sarı-göylər heyətinə qatdığı oyunçularla kənardan sanki aşağı dəstə komandasını yox, premyerliqa kollektivini xatırladır.

Gəncəlilər ötən mövsümdəki heyətində köklü dəyişiklər edərək qarşıdakı çempionata indidən iddiasını ortaya qoyub. Komandanın demək olar ki, yarısı yenilənib. Belə ki, ötən ayın sonundan transfer çalışmalarına başlayan dağlılar 9 futbolçu ilə gücləniblər. Bu oyunçular arasında vaxtilə elitada gəncəlilərin heyətində çıxış edən Tural Rzayev, son mövsümü Gürcüstanda legioner həyatı yaşayan İbrahim Qədirzadə, Qarabağ və Zirə kimi klublarının şərəfini qoruyan Nicat Süleymanovu misal göstərmək olar. Yeni transferlərdən ən çox səs-küyə səbəb olanı isə  Cavid İmamaverdiyevin “Kəpəz”ə keçidi olub. Premyer Liqada iddialı komandalarda oynayan tanınmış futbolçu da yeni mövsümdə Gəncə klubunun uğurları üçün tər tökəcək.

Gəncəlilərin yeni oyunçusu azarkeşlər haqda da fikirlərini bölüşüb. İmamverdiyev futbolda 12-ci oyunçu sayılan fanatların dəstəyinin çox  önəmli olduğunu ifadə edib.

Cavid İmamverdiyev zəngin karyeraya malikdir. 31 yaşlı orta xətt oyunçusu ayrı-ayrı vaxtlarda “Karvan”, “Neftçi” və “Sumqayıt” klublarında elitada top qovub. Həmçinin, Elazığsporun heyətində Türkiyədə legioner həyatı yaşayan Cavid Azərbaycanın 21 yaşlılardan ibarət və əsas milli komandalarında da forma geyinib.