Bu günə xəbərlərin oxunma sayı: 666
—
23.08.2021 11:57
Dayanma-durma qaydalarını pozanlar məsuliyyətə cəlb olunub
KepezTV Player
Gədəbəy Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları rayonun küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar tədbirləri davam etdirir. Rayonun müxtəlif nöqtələrində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb. Dayanma-durma qaydalarını kobud şəkildə pozan 17 sürücü barəsində inzibat iprotokollar tərtib olunub.
- Baxış: 1050
