• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 940
— 20.08.2021 19:50

Uzun müddətdən sonra ilk şəhər birinciliyi

KepezTV Player

Gəncədə taekvondo üzrə şəhər birinciliyi keçirilib. Bu idman növü üzrə yarış pandemiyanın başladığı dövrdən bu yana ilk Gəncə birinciliyi olub.

Gəncə Olimpiya İdman Kompleksində 18 aylıq fasilədən sonra reallaşan birinciliyin açılış mərasimində pandemiya səbəbindən uzun müddətdən sonra bu cür yarışların təşkil olunmasının sevindirici hal olduğu diqqətə çatdırılıb. Taekvondoya Nizami yurdunda maraq böyük olduğundan müxtəlif səviyyəli şəhər yarışlarının keçirilməsi ənənəvi xarakter daşıyır. Rəsmi hissənin ardından döyüşlər başlayıb. Olimpiya sistemi ilə keçirilən birincilikdə həm qız, həm də oğlanlar iştirak edib.

Şəhər birinciliyində uşaq, yeniyetmə və gənclər bacarıqlarını ortaya qoyublar. Müxtəlif çəkilərdə qalib və mükafatçıların müəyyənləşdiyi mübarizələrdə 100-dən çox taekvandoçu qüvvəsini sınayıb.

Birinciliyin sonunda mükafatlandırma mərasimi baş tutub. İlk 3 tutan idmançılar Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman və medallarla təltif olunublar.