• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 835
— 20.08.2021 18:13

İrandan narkotik gətirənlər saxlanıldılar

KepezTV Player

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi ilə birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb. Bakının Qaradağ rayonu, Xocasən qəsəbəsi, Xocasən yolunun kənarında yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında Pərvin Rzayevin idarə etdiyi "Mercedes-Benz" markalı maşınla əraziyə gələn Məhəmməd Məmmədov İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitəni şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb. Bunu görən Rzayev avtomobili gömrükçülərə məxsus digər nəqliyyat vasitələrinə çırparaq hadisə yerindən qaçıb. Məmmədovdan götürülən çantaya baxış keçirilərkən içərisində 9 bağlamada, təmiz çəkisi 8720,6 qram olan tiryək aşkar edilib.Cinayətkar qrupun digər üzvü Süleyman Musazadə paytaxtın Yasamal rayonu ərazisində, Pərvin Rzayev isə Şirvan şəhərində saxlanılıb. Faktlarla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslərin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.