• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 19.08.2021 19:05

Aşağı qiymətlər, narazı fermerlər

KepezTV Player

Sahələrdə badımcan yığımına başlanılsa da, hazırki qiymət fermerləri qane etmir. Samuxdan olan zəhmətkeşlər məhsulu istədikləri qiymətə sata bilmirlər. Nəticədə istehsala çəkdikləri xərci qarşılaya bilmirlər.

Təklif olunan məhsulun çox olması, tələbatın isə az olması qiymətlərə təsirsiz ötüşmür. Məhsulun ucuz satılmasına pandemiyanın da təsiri var.<br>

Məhsuldarlığın aşağı olmasını qlobal iqlim dəyişikliyi ilə əlaqələndirən entomoloq Kazım Hüseynov isə fermerlərin iddia etdiyi zərərvericilərlə bağlı tövsiyələr verir.<br>

Qidalılıq xüsusiyyətinə, dadına və kalorililiyinə görə qiymətli tərəvəz bitkisi sayılan badımcan bitkisinin qiymətinin artması isə yaranacaq tələbatdan asılıdır. Bu isə sadəcə zaman məsələsidir.

 

Valeh Anaroğlu