• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3176
— 16.08.2021 19:13

Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib

KepezTV Player

Bakı Ağır Cinayətlər Məhkəməsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşlarına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov da daxil olmaqla 12 nəfər dəstə üzvünün cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Prosesdə hökm elan olunub. Hökmə əsasən, Yunis Səfərov ömürlük azadlıqdan məhrum edilib. Təqsirləndirilən şəxslərdən Hamlet Abbdullayev 19 il, Mahir Əzizov 20 il, Akif Əliyev 20 il, Rasim Mustafayev 20 il, Ceyhun Salahov Qurbanov 18 il, Firudin Zeynalov 19 il, Cəfər Zalov 18 il, Vüqar Məmmədov 19 il, Ceyhun Salahov isə 19 il azadlıqdan məhrum edilib.