• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2057
— 10.08.2021 20:27

Kəpəz yeni mövsümün hazırlıqlarını davam etdirir

KepezTV Player

Futbol üzrə 1-ci divizonda çıxış edəcək Kəpəz yeni mövsümün hazırlıqlarını davam etdirir. Avqustun 2-dən toplanışa start verən sarı-göylər gündə bir dəfə olmaqla məşq keçir.

Qarşıdakı mövsümdə çempionluğu hədəfləyən klub artıq bu iddiasını ortaya qoyub. Heyətdə köklü dəyişikliklər edən Gəncə təmsilçisi transfer bazarında aktivlik nümayiş etdirir. "Kəpəz" bu günə qədər 9 futbolçu ilə güclənib. Premyer Liqa təcrübəsinə malik Cavid İmamaverdiyev, Tural Rzayev, son mövsümü Gürcüstanda legioner həyatı yaşamış İbrahim Qədirzadə “sarı-göylər”in yeni transferlərindəndir. Axtarışları davam etdirən komanda çempionatın startına kimi daha bir neçə oyunçunu heyətinə qatmağı planlaşdırır.

“Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə toplanışa klubun aşağı yaş qrupları üzrə komandalarında özünü ən yaxşı tərəfdən göstərən gəncləri də cəlb edib. Təcrübəli çalışdırıcısı ikinci həftəyə keçən mövsümöncəsi çalışmalarda ilkin olaraq yetirmələrinin fiziki hazırlığına diqqət ayırır.

Hazırlıq dövründə “Kəpəz”in ilk yoxlama görüşü üçün rəqibinin adı da bəlli olub. Nizami yurdunun kollektivi Region Liqasında çıxış etməyi hədəfləyən Milli Qəhrəman Mübarizə İbrahimovun adını daşıyan “Mübariz” komandası ilə üz-üzə gələcək. Oyun sabah saat 18-də Gəncədə keçiriləcək.