Bu günə xəbərlərin oxunma sayı: 666
—
07.08.2021 19:52
Kəlbəcər və Laçında hərbi tibb müəssisələrinə baxış olub
KepezTV Player
Müdafiə naziri general-polkovnik Zakir Həsənov Kəlbəcər rayonu ərazisində əsaslı təmir edilən hərbi hospitala baxış keçirib. Müasir tibbi avadanlıqlarla təchiz olunan hospitalda hərbi qulluqçuların müalicəsi üçün hər cür şərait yaradılıb. Hospitalda cərrahi-əməliyyat bloku, qəbul-diaqnostika, terapiya, cərrahiyyə, infeksion xəstəliklər, tibbi-təchizat, laboratoriya, anesteziologiya və intensiv terapiya bölmələri, həmçinin yeməkxana zalı, rentgen və stomotoloji kabinetlər mövcuddur. Laçın rayonu ərazisində yerləşən müasir avadanlıqlarla təchiz edilmiş hərbi tibb məntəqəsində də yaradılan şəraitlə tanıșlıq olub.
- Baxış: 523