• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1144
— 02.08.2021 12:04

Hər iki piyada hadisə yerində ölüb

KepezTV Player

Goranboyda piyadaların ölümü ilə nəticələnən yol-nəqliyyat hadisələri olub. Goran qəsəbəsində qeydə alınan qəzada avtomobil yolu qarşı tərəfə keçmək istəyən rayon sakini, 36 yaşlı Samir Füzuli oğlu Əsgərovu vuraraq öldürüb. Digər analoji hadisə də Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan "Nissan" markalı minik maşını yolu keçmək istəyən 63 yaşlı Ülkər Yusif qızı Əliyevanı vurub. Qadın hadisə yerində ölüb.