• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1248
— 30.07.2021 21:39

Evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb

KepezTV Player

Gəncədə evdən icazəsiz çıxan koronavirus xəstəsi saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində nəticəsində koronavirus testinin nəticəsi pozitiv çıxan şəhər sakini Səyyar Əsgərovun ev şəraitində müalicə almasına baxmayaraq, karantin qaydalarını kobud şəkildə pozaraq, yaşadığı evi tərk etməsi aşkar edilib. Müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə Səyyar Əsgərov yaşadığı evə göndərilib, onun barəsində cinayət işi başlanılıb.