• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1529
— 28.07.2021 20:52

​Gəncədə restoran inzibatçıları həbs edildi

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları fəaliyyətinə qanunamüvafiq qaydada icazə verilən şadlıq evlərinin rəhbərləri ilə profilaktiki görüşlər keçirib. Operativ Qərargahın qəbul etdiyi toy, nişan, ad günü və digər mərasimlərin keçirilməsi barədə qərarla bağlı məlumatlar verilib, hansı sayda və hansı normalara uyğun qonaqların qəbul edilməsinin mümkünlüyü çatdırılıb. Bundan başqa işçi personalın vaksinasiya pasportları yoxlanılıb, onların xidmət zamanı hansı qaydalar ilə xidmət göstərməsi bildirilib. Mərasimə dəvət olunan qonaqların COVİD-19 pasportu olub-olmaması yoxlanılıb. Araşdırmalar zamanı COVİD-19 pasportu olmayan şəxslər restorana buraxılmayıb. Anoloji tədbirləri Nizami rayon Polis İdarəsinin əməkdaşları da keçirib. Qeyd edək ki, mütəmadi olaraq aparılan monitorinqlər zamanı Gəncə şəhərində fəaliyyət göstərən “Firüzə” və “Sübhan” şadlıq saraylarında Operativ Qərargahın tətbiq etdiyi qaydaları pozulduğuna görə inzibatçılar barəsində inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə həmin şəxslər inzibati qaydada həbs ediliblər.