• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 913
— 28.07.2021 20:32

Müdafiə naziri ABŞ-ın Oklahoma ştatının nümayəndə heyəti ilə görüşüb

KepezTV Player

Müdafiə naziri general-polkovnik Zakir Həsənov ABŞ-ın Oklahoma Ştatının qubernatoru Con Kevin Stittin başçılıq etdiyi və həmin ştatın Milli Qvardiyasının komandanı general-mayor Maykl Tompsonun təmsil olunduğu nümayəndə heyəti ilə görüşüb. Müdafiə naziri əməkdaşlığın müxtəlif istiqamətləri üzrə iki ölkə arasında əldə edilmiş müsbət nəticələrdən, Oklahoma ştatının milli qvardiyası ilə Azərbaycan Ordusu arasında qarşılıqlı əlaqələrin cari vəziyyətindən məmnunluğunu ifadə edərək bu əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.Oklahoma Ştatının Milli Qvardiyasının komandanı Maykl Tompson isə ötən il qazanılan qələbənin Azərbaycan Ordusunun yüksək hazırlığının göstəricisi olduğunu qeyd edib.