• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1921
— 27.07.2021 20:39

“Nizami və vətənpərvərlik” mövzusunda tədbir təşkil olunub

KepezTV Player

Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun, Nizami Gəncəvi Məqbərə filialının və Gəncə Regional  Mədəniyyət idərəsinin birgə təşkilatçılığı ilə Gəncədə “Nizami və vətənpərvərlik” mövzusunda tədbir təşkil olunub. Mərasimdə Gəncə və Gədəbəy Gənclər və İdman idarəsi,Maarif evinin nümayəndələri və Gəncə Dövlət Flarmoniyasının muğam üçlüyü iştirak edib. İştirakçılar Nizami Gəncəvi məqbərəsini ziyarət etdikdən sonra, muzeylə tanış olublar . Nizami irsinin öyrənilməsi, vətənpərvərlik hislərinin aşılanması məqsədini daşıyan tədbir“Xudayar təsnifi”nin sədaları ilə açıq elan olunub.Daha sonra Gəncə regional  Mədəniyyət idarəsinin rəisi Vasif Cənnətov Nizami Gəncəvi ili üçün təşkil olunmuş tədbirlər planından danışıb. Məqsəd gənclərin Nizamişünaslarla görüşü, onlara olan suallarının cavablandırılması və dahi şəxsiyyətin yaradıcıllığının daha yaxşı tanıdılmasıdır.

Gülnarə İsmayılova Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğunun Nizami Gəncəvi filialının müdiri: Nizami ili ilə əlaqədar olaraq təşkil etmişik “Nizami və vətənpərlik” mövzusunda. Bu vətənpərvərliklə Gəncə gənclər, Gədəbəy gənclər, yazıçılar və nizamişünaslar burda iştirak edir, çıxışlar edəcəklər. Və gənclərin burda alimlərlə görüşü olur. Tədbirin məqsədi bizim gənclərin Nizami ilə nizamişünaslarla görüşü gənclərin nizamişünaslara olan sualları və dünyaya olan baxışlarıdır.

Təhminə Bədəlova AMEA-nın Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi: Bu gün ki, tədbirin mövzusu çox əlamətdar və aktual bir mövzuya  həsr edilmişdir. Nizami Fəncəvi yaradıcıllığında vətənpərvərlik duyğuları. Və bilirsi ki, bu tədbirə gənclər dəvət olunmuşdur. Bununda xüsusi bir önəmi vardır. Yaşadığımız dönəmdə Azərbaycan Respublikasının 44 günlük zəfər qabiliyyətli vətən müharibəsindən sonra gənclərimizdə vətənpərvərlik hislərinin oyadılması, milli soykökə adət ənənələrə məhəbbətin artırılması xüsusi önəmli movzulardandır. Və bu gündə həmin ideyalardan öz bildiklərimizdən gənclərə çatdırmağa çalışacağıq.

Qismət Məmmədov gənc yazar :Təxminən 6 ildir poeziya ilə məşğul oluram, şeir, qəzəl yazıram. Və yaradıcıllığımda əsasən Nizami , Nəssimi Fizuli kimi Azərbaycan dahi mütəfəkkirlərinin əsərlərindən bəhrələnirəm. Nizami Gəncəvinin kərpic kəsən kişinin əhvalatını oxuduqdan sonra mən “Hekayət məsnəvi” şeirimi yazmağa başlamışdım.