• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1441
— 27.07.2021 20:45

İmtahana gecikənlər, telefonla girmək istəyənlər olub

KepezTV Player

Bu gün Dövlət İmtahan Mərkəzi I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirib. Gəncədə baş tutan imtahanda Nizami yurdu və ətraf 5 rayonun abituriyentləri iştirak edib. Pandemiya qaydalarına uyğun şəkildə 7 binada keçirilən imtahan saat 10-da başlayıb. İmtahana gecikən 5 abituriyent zala buraxılmayıb. Eləcə də, yoxlama zamanı 1 nəfər xanım iştirakçıda mobil telefon aşkarlandığı üçün qaydalara uyğun olaraq nəticələri ləğv edilib. Ümumilikdə 1683 abituriyentin qeydiyyatdan keçdiyi Gəncədəki imtahanın idarə olunması üçün 20 imtahan rəhbəri və 163 nəzarətçi müəllim prosesə cəlb edilib.