• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 907
— 27.07.2021 20:48

26 yaşlı fatehimiz

KepezTV Player

Ömrünün ən gözəl çağında canını Vətən üçün fəda etdi. Şəhid Röyal Verdiyevin qısa, amma şərəfli ömür yoluna nəzər yetirəcəyik.

Qəhrəmanlıqları ilə dillərdə dastan olub, şəhadətləri ilə torpağın bağrına azadlıq toxumu səpən, igid vətən oğullarından biri də Royal Verdiyevdir... 26 yaşlı fatehimiz, 44 günlük Vətən müharibəsində, qanı ilə tarix yazdı. Soyuq noyabr ayında hər birimizin qəlbini isidib, zəfəri bizə yaşatdı...

Qabil Verdiyev şəhidin atası: Biz bilmirdik. O özü könüllü yazılmışdı. Biz evə gəldik, çıxanda gördüm ki, qapıda polis var. Dedim hara gedirsən. Dedi ata mən gedirəm. Prezidentin yumruğu altında birləşməyə. Mən getməyim, o getməsin bəs kim getsin.

Sevda Verdiyeva şəhidin anası: Qələbə xəbərini eşiəndə, mənə zəng elədi. Bacımda zəng elədi. Sevindik...

Şəhidimiz Verdiyev Röyal Füzuli, Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edir və qəhrəmanlıq göstərir. Onlarla şəhidi döyüş meydanından çıxarıb, yüzlərlə yaralıya yardım edib.

Röyal Verdiyev 3 dekabr 2020-ci ildə Daşkəsən rayonunun, Şəhidlər xiyabanında dəfn olunub. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, "Laçının azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medallarına layiq görülüb. Qəbrin Nurla dolsun şəhidim, uğrunda can verdiyin torpaqlar, yağı düşməndən təmizləndi.