• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2080
— 27.07.2021 20:32

Kəlbəcər rayonunun Günəşli kəndi

KepezTV Player

MN-liyi Kəlbəcər rayonunun Günəşli kəndindən videogörüntülər təqdim edib. Kənd 1993-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib. Üçtərəfli bəyanata əsasən, ötən il işğaldan azad olunub. Kəndin adı 1992-ci ilə qədər Kilsəli olub. Bu yaşayış məntəqəsinin yerləşdiyi ərazidə bir neçə qədim alban kilsəsi olduğuna görə kənd belə adlanıb. Sonradan kəndin adı dəyişdirilib Günəşli qoyulub. Kəndin ərazisi güney olduğundan həmişə günəşli olub. Ona görə də sonradan Günəşli adlandırılıb.