• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2030
— 27.07.2021 20:37

AKP-nin nümayəndə heyəti Nizami yurdunda olub

KepezTV Player

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Numan Kurtulmuşun başçılıq etdiyi nümayəndə heyəti Gəncəyə səfər edib. Qardaş ölkədən olan qonaqlar Ermənistanın günahsız mülki insanlara qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu dağıntılarla yerində tanış olublar. Nümayəndə heyəti həyatlarını itirmiş dinc sakinlərin ruhuna ehtiram əlaməti olaraq, əraziyə güllər düzüb, dualar oxuyublar. Onlara Vətən müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələri tərəfindən Nizami yurdunda törədilən terror hadisələri barədə məlumat verilib.