• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2005
— 27.07.2021 20:30

Bakı bəyannaməsi imzalanıb

KepezTV Player

Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin üçtərəfli iclasının yekunu olaraq Bakı bəyannaməsi imzalanıb. Bəyannaməni Milli Məclisin sədri Sahibə Qafarova, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər imzalayıblar. Bildirilib ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcək. Bəyannamədə parlamentlərarası dialoqu, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, ümumi maraq doğuran regional və qlobal məsələlər üzərində birgə işləmək və beynəlxalq parlament təşkilatlarında üç qardaş ölkənin ortaq mövqe müəyyənləşdirmək niyyətinin, beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə, beynəlxalq məsələlərin həllinə parlament dəstəyinin ifadə olunması əksini tapıb.