• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2176
— 27.07.2021 12:36

Narkotik yetişdirən yaşlı qadın saxlanılıb

KepezTV Player

Şəmkir Rayon Polis Şöbəsi Zəyəm Polis Bölməsi əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkarlanıb. Polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Bayramlı kənd sakini Sevil Əliyevanın özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdiyi ümumi çəkisi 38 kq 300 qram olan 60 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Dindirilmə zamanı saxlanılan şəxs çətənə kollarını bu ilin may ayında satış məqsədi ilə əkdiyini etiraf edib. Maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktla RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.