• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1901
— 27.07.2021 12:35

I ixtisas qrupu üzrə qəbul imtahanları keçirilir

KepezTV Player

Bu gün Dövlət İmtahan Mərkəzi 11 şəhər və rayonda, o cümlədən Gəncədə I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları keçirir. 19 min 184 abituriyentin iştirakı nəzərdə tutulan proses saat 10-da başlayıb.Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 151 imtahan binası, 2544 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 151 ümumi imtahan rəhbəri, 422 imtahan rəhbəri, 3309 nəzarətçi–müəllim, 308 buraxılış rejimi əməkdaşı, 151 bina nümayəndəsi cəlb edilib.