• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 22.07.2021 13:26

Şəmkirdə narkotik saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar

KepezTV Player

Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda rayon sakini Süleyman Kazımov saxlanılıb. Üzərinə baxış zamanı metamfetamin aşkar edilib. Yaşadığı fərdi yaşayış evinə baxış zamanı isə oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirilən çətənə aşkarlanaraq götürülüb. Daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlayan Anar Rəsulzadə tutulub. Üzərindən “patı” aşkarlanan Rəsulzadənin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində isə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən xüsusi aqrotexniki qaydada qulluq etməklə yetişdirdikləri çətənə aşkar edilib. Faktlar üzrə cinayət işləri başlanılıb.