• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2134
— 20.07.2021 20:37

Gəncədə narkotik saxlayanlar və satanlar saxlanıldılar

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir. Gəncədə qanunsuz narkotik satmaqda və saxlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar.

Baş İdarənin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq psixotrop dərman həbləri əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Nizami Vəliyev saxlanılaraq polis bölməsinə gətirilib. Onun üzərindən 10 ədəd “tramadol” götürülüb. Dindirilmə zamanı həmin həbləri Faiq adlı şəxsdən aldığını bildirib. Faiq Musayev də saxlanılıb. Onun üzərindən də “tramadol” həbləri aşkar edilib. Musayev isə həmin həbləri şəhər sakini olan bir qadından aldığını bildirib.Hazırda həmin şəxsin kimliyinin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Bundan başqa ŞBPİ-nin  digər tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri- Ramin Həsənov, Kənan Mahmudov, Məmmədhəsən Məmmədov və Namiq Cəlilov saxlanılıb, həmin şəxslərin üzərindən “heroin” aşkar edilərək götürülüb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.