• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2020
— 19.07.2021 20:33

Bəy və qardaşı bıçaqlandı, atası dünyasını dəyişdi

KepezTV Player

İsmayıllı rayonunda keçirilən toy mərasimində kütləvi dava düşüb, bəy və qardaşı bıçaqlanıb. Övladlarının bıçaqlandığını görün ata ürəktutmasından dünyasını dəyişib.

İsmayıllı şəhəri A. Aslanov küçəsi, dalan 1, ev 2 ünvanında yaşayan 60 yaşlı Səfəralıyev Nəriman Tahir oğlu övladı 28 yaşlı Tahirli Abuzər Nəriman oğlu üçün şadlıq sarayında toy mərasimi təşkil edərkən qonaqlar arasında dava düşüb. Toydan sonra dava davam edib. Onları sakitləşdirmək istəyən bəy Abuzər Tahirli və onun qardaşı, 28 yaşlı Tahirli İlkin Nəriman oğlu toy mərasiminə dəvət olunmayan kənar şəxs, rayon sakini 25 yaşlı  Ağazadə Hafiz Telman oğlu tərəfindən bıçaqlanıb. Kürək, sol qoltuq və sağ bazu nahiyyəsindən bıçaq xəsarəti alan qardaşlar təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Övladlarının bıçaqlandığını görən bəyin atası Nəriman Səfəralıyev ürək tutması səbəbindən dünyasını dəyişib. Hadisəni törədən Hafiz Ağayev qaçaraq gizlənib.

İlkin və Abuzər Tahirlinin bıçaqlanması faktı ilə bağlı hadisə şahidlərinin izahatları alınıb, Rayon Polis Şöbəsində cinayət işi başlanılıb.