• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 710
— 17.07.2021 12:06

Narkotikə görə saxlanılanlar var

KepezTV Player

Daxili işlər orqanlarının əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu əməliyyat tədbirlərini davam etdirirlər. Saxlanılanlar var. Süjeti izləyək.

Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Famil Bayramov şəhər ərazisində saxlanılaraq şöbəyə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd kağız bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı fərdi yaşayaış evindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə bitkiləri aşkarlanıb.

Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitə və “patı”, şüşə kimi tanınan psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər şəxs saxlanılıb. Belə ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat tədbirləri ilə rayon sakini, əvvəllər məhkum olunmuş Sadıq Sadıqov  1 bükümdə heroin və 1 bükümdə metamfetamini Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Emin Kərimova satarkən hər ikisi saxlanılıblar. Sadiq Sadıqovun üzərindən əlavə olaraq 4 bükümdə heroin və metamfetamin aşkarlanaraq götürülüb. Aparılan araşdırmalarla həmin narkotik vasitə və psixotrop maddənin Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş Rəşadət Alxasovdan əldə edildiyi müəyyən edilib. Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Rəşadət Alxasovun üzərindən və evindən ümumilikdə 1 kiloqram 20 qram heroin, 1 kiloqram 80 qram metamfetamin və 1 ədəd elektron tərəzi aşkarlanaraq götürülüb. Bundan əlavə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Liman şəhər sakinləri Aydın Ağamalıyev, Elçin Quliyev, Anar Kişiyev və Göyşaban kənd sakini Şahin Ağayev saxlanılıblar. Onların üzərindən ümumilikdə 20 bükümdə heroin və metamfetamin və 4 ədəd eketron tərəzi aşkar edilərək götürülüb.

Goranboy rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini Anar Hüseynov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə rayon ərazisində hərəkətdə olan zaman saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman 1.58 qram çəkidə heroin aşkar edilərək götürülüb. Maddi sübutlar ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.