• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1135
— 15.07.2021 19:19

Gəncə sakinlərində narkotik aşkarlanıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirir. Kəpəz rayon Polis İdarəsinin əməkdaşları əvvəllər məhkum olunmuş şəhər sakini İlham Hümbətovu saxlayıblar. Üzərinə baxış keçirilən zaman külli miqdarda “heroin” aşkar edilib. Cinayət Axtarışı İdarəsinin əməkdaşları şəhər sakini Eşqin Əliyevi saxlayıblar. Onun üzərindən də  “heroin” götürülüb.***Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Anar Məmmədov saxlanılıb. Üzərindən və yaşadığı fərdi yaşayış evindən külli miqdarda narkotik vasitə olan “heroin” aşkar edilib.