• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1114
— 14.07.2021 12:15

Gəncə şəhər sakinindən 2,5 kq-a yaxın narkotik götürülüb

KepezTV Player

Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Stansiya Xətt Şöbəsinin əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat keçiriblər. Qanunsuz  olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elşən Bayramov saxlanılaraq şöbəyə gətirilib. Üzərində şəxsi axtarış aparılan zaman əlindəki polietilen torbadan ümumi çəkisi 2 kq 400  qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, istintaq davam etdirilir.