• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2388
— 13.07.2021 19:18

Narkotik satan şəxslər saxlanılıblar

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb. Qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakinləri Hamlet Əliyev və onun yaxın qohumu Zaman Fərəcov saxlanılıb. Üzərlərinə baxış keçirilən zamanı heroin aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində Əliyevin yaşadığı fərdi yaşayış evindən xüsusi bükümlərdə olan külli miqdarda metamfetamin, heroin və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

RPİ-nin ərazi üzrə polis bölməsinin əməkdaşlarının keçirdikləri daha bir əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakinləri Heydər Əhmədov və Ramil Babayev saxlanılıb. Saxlanılan şəxslərdən narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.