• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1064
— 12.07.2021 12:13

Narkotikə görə 5 nəfər saxlanıldı

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsi və onun tabeli qurumlarının əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı kompleks əməliyyat-axtarış tədbirlərini davam etdirirlər. Qanunsuz narkotik saxlamaqda şübhəli bilinən 5 nəfər saxlanılıb.

Gəncə Şəhər Baş Polis İdarəsi Nizami rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Valeh İsmayılov saxlanılıb. Üzərinə baxış keçirilən zaman heroin aşkar edilib.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Ramin Zeynalov tutulub. Onun üzərindən metamfetamin aşkar edilərk götürülüb. İdarə əməkdaşlarının keçirdikləri digər bir əməliyyat tədbiri nəticəsində isə Elvin İmanzadənin qanunsuz olaraq metamfetamin əldə edib saxlaması aşkar edilib.

Baş Polis İdarəsi Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri uğurlu tədbir nəticəsində şəhər sakini Natiq şükürovun üzərindən külli miqdarda narkotik vasitə olan marixuana aşkar edilib.

Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində isə sosial şəbəkələrdə narkotik vasitələri təbliğ edən, özünü cinayətkar aləmin nüfuzlu şəxsi kimi təqdim edən Əsgər Hacıyev saxlanılıb. Üzərindən külli miqdarda heroin aşkar edilən Hacıyev ifadəsində internet resurlarındakı məlumatların həqiqətə uyğun olmadığını, sadəcə izləyici toplamaq istədiyini və narkotik maddə aludəçisi olduğunu etiraf edib.

Faktlar üzrə Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.