• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1326
— 10.07.2021 12:02

Oğurluq edib hadisə yerindən qaçmaq istəyənlər saxlanıldılar

KepezTV Player

Xızı Rayon Polis Şöbəsinə rayonun Altıağac qəsəbə sakini Q.Cəbiyevə məxsus bir baş qoyunun naməlum şəxslər tərəfindən oğurlandığı və həmin şəxslərin "Ford tranzit" markalı nəqliyyat vasitəsi ilə Bakı istiqamətində hərəkət etdikləri barədə məlumat daxil olub. Dərhal əməliyyat tədbirlərinə başlanılıb. RPŞ Post Patrul Xidmətinin əməkdaşları həmin şəxslərə saxla işarəsi versələr də, onlar əmrə tabe olmayaraq hadisə yerindən uzaqlaşmağa çalışıblar. Giləzi qəsəbəsi ərazisində onların saxlanılması üçün dəmir yolu üzərində yerləşən şlaqbaumdan istifadə olunan zaman isə həmin şəxslər şlaqbaumu qıraraq Bakı istiqamətində hərəkətlərinə davam ediblər. Maşın Sumqayıt şəhəri yaxınlığında saxlanılıb. Avtomobildə olan Bakı şəhər sakini Samir Şıxıyev və Ağdam rayon sakini Fəxriyyə Babayeva istintaq qrupuna təqdim olunublar. Cinayətin digər iştirakçısı axtarılır.