• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1560
— 08.07.2021 19:38

Narkotik vasitələr dövriyyədən çıxarıldı

KepezTV Player

Gəncədə qanunsuz olaraq narkotik vasitə saxlamaqda və satmaqda şübhəli bilinən şəxslər ifşa ediliblər. Külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən Samir Hüseynov saxlanılıb. Üzərinə baxış keçirilən zaman 0.3 qram “metamfetamin” aşkar edilib. Hüseynovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, narkotik maddəni ona tanışı Mətləb Əliyev verib. Əliyevin üzərindən isə 0.33 qram“metamfetamin” aşkar edilərək götürülüb.

Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatla narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini İqbal Əlisgəndərov da saxlanılıb, polis idarəsində üzərinə baxış keçirilən zaman 1.25 qram “heroin” aşkar edilib.

Növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Asif Bağırov da yaxalanıb, üzərindən 0.2 qram “heroin” götürülüb.

Kəpəz rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə əvvəllər məhkum olunmuş Hüseyn Allahverdiyev saxlanılıb.