• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1985
— 06.07.2021 20:21

Narkotacirlər saxlanılıb

KepezTV Player

Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.  Narkotacirlər saxlanılıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Ruslan Alıyev saxlanılaraq polis idarəsinə gətirilib və onun üzərinə baxış keçirilən zaman 7.68 qram “heroin” aşkar olunub. Polis əməkdaşları R. Alıyevin yaşadığı fərdi yaşayış evinə də baxış keçiriblər. Oradan isə çəkisi 9 qram “heroin” götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.