• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1511
— 30.06.2021 12:05

"Karabakh.Center" internet resursunun təqdimatı keçirilib

KepezTV Player

Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə "Karabakh.Center" internet resursunun təqdimatı keçirilib. Mərasimdə fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev deyib ki, 44 günlük Vətən müharibəsində qazanılan qələbə bizim dünyaya bir mesajımız idi - heç kim bizi sındıra bilməz və istənilən problemin öhdəsindən gəlməyə hazırıq. Hacıyev işğaldan azad edilən torpaqlarda dağıntıların miqyasının həddindən artıq böyük olmasına diqqət çəkib. Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, qəhrəman Azərbaycan Ordusunun şücaəti nəticəsində bu gün işğaldan azad edilmiş Qarabağın dirçəlişi məsələsi müzakirə olunur: “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə müddətli kimi deyil, əbədi baxmalıyıq. Çünki burada yalnız dağıdılmış maddi irsimizin bərpası kimi hədəflərlə məhdudlaşa bilmərik. Biz bu prosesdən irəli gələrək daimi, dayanıqlı inkişafı hədəfləməliyik”, - deyə Mikayıl Cabbarov vurğulayıb.