• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 727
— 25.06.2021 15:11

Su üstündə mübahisə güllələnmə ilə bitdi

KepezTV Player

Goranboyun Nizami kəndində güllələnmə hadisəsi baş verib. Kənd sakini, 58 yaşlı  Məharət İbrahimov  baş nahiyəsi və əlindən güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, İbrahimov qohumu tərəfindən güllələnib, onlar arasında mübahisə su üstündə baş verib. Faktla bağlı araşdırma aparılır.