• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 667
— 25.06.2021 12:20

Soyğunçuluq edən şəxs saxlanılıb

KepezTV Player

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinə şəhər ərazisindəki çörək sexlərindən birinə naməlum şəxsin pəncərədən daxil olaraq işçilərin gözü qarşısında kassanı açması və oradan 210 manat pulu açıq şəkildə talayaraq soyğunçuluq etməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Müşfiq Bayramov saxlanılıb. Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət hadisəsini etiraf edib.

Rolis əməkdaşlarının keçirdikləri daha bir əməliyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Samir Abbasov saxlanılıb. Polis idarəsində onun üzərinə baxış keçirilən zaman bir ədəd sellofan bükümdə çəkisi 13 qram narkotik maddə olan heroin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.