• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1591
— 25.06.2021 12:09

Şəmkirdə polisə zor tətbiq edən restoran sahibi həbs olunub

KepezTV Player

Şəmkir rayon prokurorluğu rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı məlumat yayıb. Prokurorluqdan verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, rayon sakini Tural Zeynalov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu “Qala” restoranında iyunun 22-də saat 14 radələrində “Xüsusi karantin rejiminin tətbiq edilməsinə dair Qaydaları”nın karantin dövründə toy şənliklərinin qadağan olunması barədə tələblərini pozaraq həmin restoranda toy məclisinin keçirilməsini təşkil edib, onun qanunsuz hərəkətlərinin qarşısını almağa çalışaraq öz xidməti vəzifəsini icra edən polis əməkdaşı Vüqar Qarayevə yumruqla zərbələr vuraraq müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə müqavimət göstərib. Faktla bağlı Şəmkir rayon prokurorluğunda cinayət işi başlanıb. Tural Zeynalov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin müvafiq qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq davam edir.