• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 23.06.2021 19:47

Polisə müqavimət göstərən obyekt sahibi saxlandı

KepezTV Player

Şəmkirdə karantin qaydalarına əməl edilməyən restoran aşkarlanıb. Polis iaşə obyektinin fəaliyyətini dayandırmaq istəsə də, müqavimətlə qarşılaşıb. Daha ətraflı qarşıdakı sujetdə.

İyunun 22-də Şəmkir rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən restoranlardan birində karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Dərhal polis əməkdaşları adı çəkilən ünvana gəlsə də, obyekt sahibi Tural Zeynalov restoranın qapılarını bağlayaraq asayiş keçikçilərinin qanuni fəaliyyətinə mane olmağa çalışıb. İçəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayan Tural Zeynalov eyni zamanda onlara nalayiq söyüşlər söyərək, zor tətbiq edib. Qeyri-adekvat hərəkətlərinin qarşısı alınaraq rayon polis şöbəsinə gətirilən obyekt sahibi orada da “qəhrəmanlığını” davam etdirib. Bütün bunlara baxmayaraq mərasim təşkilatçısı da daxil olmaqla 8 nəfər inzibati məsuliyyətə cəlb edilib.

Xatırladaq ki, sözügedən obyektdə daha əvvəl də 7 dəfə karantin qaydalarına zidd olaraq mərasim keçirilməsinə cəhd göstərilsə də, rayon polis şöbəsinin əməkdaşlarının qətiyyətli adımı nəticəsində şənliklər baş tutmayıb və inzibati tədbirlər görülüb. Sonuncu dəfə isə Tural Zeynalov 44 günlük Vətən Müharibəsi zamanı özünü xeyriyyəçı kimi göstərərək ölkə ərazisində tədbiq edilən komendant rejimini pozmuş, polis əməkdaşlarının qanuni tələblərinə tabe olmayaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Onun barəsində İnzibati Xətalar məcəlləsinin müxtəlif maddələri  ilə protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Tural Zeynalov 15 sutkalıq inzibati həbs olunub.