• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2073
— 23.06.2021 19:34

Prezident İlham Əliyev Vladimir Putinə zəng edib

KepezTV Player

Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatlarının həyata keçirilməsinin praktiki aspektləri nəzərdən keçirilib. Cənubi Qafqazda iqtisadi əlaqələrin və nəqliyyat kommunikasiyalarının bərpası üzrə üçtərəfli formatda işin fəallaşdırılmasına xüsusi diqqət yetirilib. Dövlət başçıları Azərbaycan-Rusiya strateji tərəfdaşlığının daha da möhkəmləndirilməsi əzmində olduqlarını qarşılıqlı surətdə təsdiq ediblər.