Birinci Qarabağ müharibəsində şəhid olan Hakim Cəfərovun 60 yaşı tamam olur. Onun təhsil aldığı və adını daşıdığı Goranboy rayonun Quşçular kənd tam orta məktəbində “Şəhidlik zirvəsi” adlı yubley tədbiri keçirilib. Quşçular kəndinin ilk şəhidi olan Hakim Cəfərovun keçdiyi şərəfli döyüş yoluna nəzər salınıb, onun qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğu vurğulanıb.
1961-ci il iyunun 21-də Goranboy rayonun Quşçular kəndində anadan olan Hakim Cəfərov kənd orta məktəbini əla qiymətlərlə başa vurduqdan sonra hərbi xidmətə yollanır. Hərbidən qaydıqdan sonra aldığı ali təhsil üzrə müəllim işləyir. 1992-ci ildə vətənin dar günündə silaha sarılarn Hakim Cəfərov torpaqlarımızın azad edilməsi uğrunda könüllü olaraq döyüşə yollanır. Füzuli, Ağdam, Ağdərə, eləcə də bir çox bölgələrdə ermənilərin ağır texnika və canlı qüvvələrini məhv edir. Vətənini, torpağını, xalqını canından artıq sevən Hakim Cəfərov Tərtər istiqamətində gedən döyüşlərin birində ağır yaralanır. Həkimlərin səyinə baxmıyaraq şəhadətə ucalır. Dəliməmmədli şəhər şəhidlər xiyabanında dəfn olunan Hakim Cəfərov Goranboy rayonun Quşçular kəndinin ilk şəhidi kimi adını hərb tariximizə yazdırır.
Şəhidin ruhuna hörmət əlaməti olaraq 1995-ci ildə oxuduğu 180 yerlik Quşçular kənd tam orta məktəbinə Hakim Cəfərovun adı verilir. 2019-cu il də isə orta məktəbdə şəhidin büstü qoyulur.
Orta məktəbin şagirdləri ədəbi bədii kompazisiya nümayiş etdirərək üç rəngli bayrağımıza, şəhidlərə, vətənə, torpağa aid şerlər səsləndirib, mahnılar ifa ediblər.
Elnur Vahidoğlu
- Baxış: 552