• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 853
— 19.06.2021 20:52

Göldə batan kapitan dəfn edilib

KepezTV Player

Kəlbəcər rayonun Böyük Alagöl gölündə boğularaq dünyasını dəyişən kapitan İlham Fərzəliyev son mənzilə yola salınıb. Əslən Kəlbəcərin Tövlədərə kəndindən olan İlham Fərzəliyevlə vida mərisimi həbiçinin yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsindəki evində keçirilib. Vida məraismində İlham Fərzəliyevin 15 illik hərbi xidməti dövründə nümunəvi olması ilə fərqləndiyi, özünü əsl zabit kimi göstərdiyi vurğulanıb. Xüsusən də Vətən müharibəsində göstərdiyi şücaət nəticəsində bir çox orden və medallarla təltif olunduğu bildirilib. Vida mərasimindən sonra kapitan İlham Fərzəliyev Göygöl rayonunun Murovdağ qəsəbəsindəki qəbristanlıqda torpağa tapşırılıb. Ailəli olan hərbiçimizin özündən sonra azyaşlı qızı yadigar qalıb.