• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 19.06.2021 15:17

Şəhidin adını daşıyan bulaq istifadəyə verilib

KepezTV Player

Samuxda Vətən müharibəsində şəhid olan Arif Həmzəyevin xatirəsinə bulaq istifadəyə verilib. Lək kəndində baş tuan bulağın açılış mərasimində Rayon İcra Hakimiyyətinin rəsmiləri, Türkiyənin Gəncədəki Baş Konsulluğunun nümayəndələri, şəhidin yaxınları və kənd sakinləri iştirak ediblər. Mərasimdə çıxış edənlər ahıska türkü olan Arif Həmzəyevin simasında Vətən müharibəsində şəhid olan bütün igidlərimizin Azərbaycana şərəfli qələbə qazandırdıqlarına diqqət çəkiblər. Onların sayəsində torpaqlarımız işğaldan azad edildiyi və ordumuzun nəyə qadir olduğunun dünyaya sübut olunduğu vurğulanıb. Şəhidin oxuduğu Lək kənd məktəbinin şagirdləri vətənpərvərlik ruhunda şeirlər səsləndiriblər. Bu gün həm də doğum günü olan şəhidin valideynlərinin iştirakı ilə bulağın açılışı reallaşıb.