• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1123
— 19.06.2021 12:38

Göygöldə silahlı şəxs saxlanıb

KepezTV Player

Göygöl rayon Polis Şöbəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov rayon ərazisində saxlanılıb. Polis Şöbəsində üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı, lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar  edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.