• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1309
— 18.06.2021 11:58

Kişi arvadını qətlə yetirib

Tərtər rayonu ərazisində 26 yaşlı Arzu Abbasovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri, 34 yaşlı Anar Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Arzu Abbasovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı cinayət işi başlanıb. Anar Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.