• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 16.06.2021 15:53

42 kiloqramdan çox narkotik və 11500 ABŞ dolları aşkarlanıb

KepezTV Player

“Göy­təpə” sərhəd dəstə­si­nin Cəlilabadın Məlikqasımlı kəndi yaxın­lığın­dakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tərə­fin­dən 1 nəfər naməlum şəxsin İrandan Azərbay­can istiqa­mətində döv­lət sərhədini pozması müşahidə olunub. “Dayan” əmrinin verilməsinə və ha­vaya xəbərdarlıq atəşi açılmasına baxmayaraq, sərhəd pozu­cusu əmrə tabe olmayaraq silahlı müqavimət göstərərkən sərhəd naryadı tərəfindən silah tətbiq olunub və cinayətkar zərərsizləşdirilib. Ərazidə 2 ədəd çantanın içərisində təxmini çəkisi 42 kiloqram 600 qram narkotik və psixotrop vasitəyə bənzər maddələr və külli miqdarda xarici valyuta - 11500 ABŞ dolları aşkarlanıb. Həmin şəxsin İran və­tən­­da­şı Behnam İlhami olması müəyyən edilib,  üzə­rindən sərhəd naryadına qarşı tətbiq etdiyi PM markalı tapança götü­rül­üb.