• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2347
— 14.06.2021 16:10

Velosipedçilər Nizami Gəncəvini yad etdilər

KepezTV Player

Gəncədə Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr olunan silsilə tədbirlərə daha bir əlavə olunub. Bu dəfə dahi şairin xatirəsi veloyürüşlə yad edilib. Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutan yürüşdə 30-a yaxın gənc pedal ustası iştirak edib. Avropa Gənclər Paytaxtı Parkından start götürən veloyürüş polisin müşayiəti 5 kilometr məsafəni əhatə edib. Həvəskar velosipedçilər Nizami prospekti ilə Gəncə-Bakı magistralı üzrə hərəkət etməklə bitiş nöqtəsinə, yəni Nizami Gəncəvinin məqbərəsinə çatıblar.