• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1296
— 08.06.2021 20:36

Azərbaycan və Pakistan HDQ komandanları arasında görüş keçirilib

KepezTV Player

Pakistan HDQ komandanı admiral Məhəmməd Amcad Xan Niyazi ilə Azərbaycan HDQ komandanı kontr-admiral Sübhan Bəkirov arasında keçirilən görüşdə iki ölkənin hərbi dəniz qüvvələri arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.Geniş tərkibdə davam edən görüşdə, Pakistan HDQ-nin strukturu, əməliyyat imkanları, regional və daxili təhlükəsizlik mühiti, eləcə də qarşıda duran tapşırıqlar barədə brifinq təqdim olunub, təcrübə mübadiləsi məqsədilə hərbi qulluqçuların qarşılıqlı səfərlərinin təşkili və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.