• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 27.05.2021 20:38

Vətən Müharibəsi qəhrəmanları "sosial ev" ala biləcəklər

KepezTV Player

Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri güzəştlə əldə etmək hüququ olan vətəndaşlar sırasına yeni kateqoriya əlavə olunub. MİDA-dan verilən məlumata görə müvafiq dəyişikliklə, gənc ailə üzvü olan Vətən Müharibəsi Qəhrəmanı kateqoriyasına aid şəxslər də güzəştli mənzil əldə edə biləcəklər. Yeni kateqoriyaya aid şəxslər bu gündən etibarən Elektron İmza və ya Asan İmzadan istifadə edərək “Elektron hökumət” portalında yaradılmış “Güzəştli mənzil” sistemi vasitəsilə müraciət edə bilərlər.