• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1759
— 20.05.2021 20:36

18 minə yaxın şagird "Azərbaycan dili" imtahanı verib

KepezTV Player

Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən tədris Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili fənnindən test imtahanı keçirilib. İmtahan ümumilikdə 21 şəhər və rayonda, 88 binada təşkil olunub. İmtahan 45 dəqiqə davam edib. 1 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib. Hər iki imtahanda şagirdlərə 30 qapalı tipli test tapşırığı təqdim edilib. Səhv cavablar yekun bala təsir göstərmir. İmtahan iştirakçılarının toplaya biləcəkləri maksimal bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq. Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar. Bu gündən başlayaraq DİM-də imtahan protokollarının və cavab kartlarının emalı aparılacaq. Nəticələrin yaxın 2-3 gün ərzində elan edilməsi nəzərdə tutulur.