• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1512
— 20.05.2021 20:31

18 yaşdan yuxarı olan 4161 nəfər peyvənd olunub

KepezTV Player

Gəncədə koronavirusa qarşı peyvəndləmə işi davam edir. Könüllülük prinsipinə əsasən mayın 10-dan başlıyaraq 18 yaşdan yuxarı vətəndaşlar vaksinasiyadan keçə bilərlər.

Gəncədə yanvarın 19-dan başlıyaraq  koronavirusa qarşı aparılan vaksinasiyada 40 min 885 peyvənd vurulub.Vurulan peyvəndlərdən 23 min 18-i birinci,  17 min 867-i isə ikinci dozadır. Şəhərə gətirilən 42 min doza peyvəndin vurulduğu vətəndaşlar barədə məlumatlar səhiyyə bazasına yerləşdirilir. Artıq 18 yaşdan yuxarı şəxslərin də vaksinasiyası aparılır ki, bu kateqoriyadan olan 4161 nəfərə peyvənd vurulub.

Vasif Qurbanov  sakin: Vaksinasiya ilə bağlı müraciət etmişdim. Hazırda vaksin olundum. Özümü yaxşı hiss edirəm. Hər kəsə məsləhət görərdim ki, gəlsinlər vaksin olsunlar.

Aynur İsmayılova  sakin: Təzyiqim ölçüldü sonra da iynə vuruldu. Çox rahatam, çox qəşəng özümü də yaxşı hiss edirəm. Hamıyada məsləhət görərdim ki, gəlsin vurdursun, qorxulu heç nə yoxdu.

Peyvənd olunanlara pasportlar verilir. Burada vurulan vaksinin birinci və ikinci mərhələsi ardıcıllıqla yazılır. Peyvənd olunanlara karanavak vaksini ilə yanaşı astrazenaka da vurulur.

Azema Dadaşova  Gəncə Birləşmiş Xəstəxanasının baş məsləhətçisi: Bütün məntəqələr lazımı avadanlıqlara təmin olunublar. Komputer sistemi, peşəkra komandamızla işləyirik. Şəhərə indiyə kimi 42 min doza karanavak vaksini gətirilib. Ondan əlavə 300 doza astrazenaka vaksini gətirilib. 300 doza yeni gətirilən astrazenakadan 80 dozası istifadə olunub. Hazırda peyvənd uğurla davam edir. Heç bir ciddi göstəriş, ağırlaşma halları baş verməyib. 18 yaşdan yuxarı əhalinin peyvəndləmə işi davam edir. Heç bir ciddi narahatçılıq yoxdu. Əhali tərəfindən fəalllıq göstərilir.

Gəncədə həmçinin 40 yaşdan yuxarı 18 min 857 nəfər də peyvənd olunub ki, bunlardan da 2659 nəfəri tibb işçisi, 8 nəfər isə dialez xəstəsidir. Hazırda Gəncədə vaksinlər 3 özəl və 3 dövlət xəstəxanasında vurulur. Mərkəzlər həftənin bütün günləri saat 9-dan 6-a kimi fəaliyyət göstərir.

Elnur Vahidoğlu